İranın Fars körfəzi regionunda yerləşən azı altı ABŞ hərbi obyektini hədəfə aldığı bildirilir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “The New York Times” araşdırmasına istinadən məlumat yayılıb.
Hücumlarla bağlı məlumatlar peyk görüntüləri və təsdiqlənmiş videogörüntülərlə əsaslandırılır.
Bildirilir ki, zərbələr nəticəsində Küveytdə yerləşən “Arifcan” hərbi düşərgəsində üç ABŞ hərbçisi həlak olub, beş nəfər isə ağır yaralanıb.
Məlumata görə, hücumlar zamanı bir sıra binalara, peyk rabitə avadanlıqlarına və bazaların infrastrukturuna ziyan dəyib. Eyni zamanda Bəhreyndə yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının qərargahının, eləcə də Küveytdə bir neçə hərbi obyektin zərər gördüyü bildirilir.
Rəsmi Vaşinqtonun hadisə ilə bağlı mövqeyi və mümkün cavab addımları ilə bağlı hələlik ətraflı açıqlama verilməyib. Bölgədə təhlükəsizlik vəziyyəti gərgin olaraq qalır.
Aliyə
NOCOMMENT.az












