ABŞ Prezidenti Donald Tramp İranın mərhum ali lideri Əli Xameneinin dəfn mərasimi və iki ölkə arasında davam edən gərginliklə bağlı diqqətçəkən açıqlamalar verib.
NOCOMMENT.az xəbər verir ki, "Axios" nəşrinin yaydığı məlumata görə, Tramp İranla aparılan danışıqlara Xameneinin dəfn mərasimləri başa çatanadək bir həftəlik fasilə verilməsi barədə razılıq əldə olunduğunu bildirib.
ABŞ lideri bu müddət ərzində tərəflərin bir-birinə qarşı hərbi zərbələr endirməyəcəyini qeyd edib.
Trampın sözlərinə görə, ABŞ istəsəydi, dəfn mərasimində iştirak edən İranın ali rəhbərliyini bir zərbə ilə məhv edə bilərdi, lakin Vaşinqton bu addımı atmayacaq.
“Onların hamısı oradadır. Bir atəş kifayət edərdi. Amma biz bunu etməyəcəyik. Çünki o zaman danışıqlar aparacaq heç kim qalmayacaq”, – deyə ABŞ Prezidenti vurğulayıb.
Sara,
NOCOMMENT.az











