Ərəb mediasında yayılan məlumatlara görə, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Küveytdə yerləşən "Şuaiba" elektrik stansiyasına hücum edildiyini bəyan edib. Hadisə ilə bağlı görüntülər də yayılıb.
NOCOMMENT.az xəbər verir ki, SEPAH-ın yaydığı iddialara görə, zərbə nəticəsində Küveytin enerji və su infrastrukturunun ən mühüm obyektlərindən biri olan stansiyaya ciddi ziyan dəyib. Bildirilir ki, bu stansiya sutkada 876 MVt elektrik enerjisi istehsal etməklə yanaşı, təxminən 45 milyon qallon şirinləşdirilmiş su hasilatı ilə də ölkənin ehtiyaclarını qarşılayır.
Hadisə ilə bağlı Küveyt tərəfindən hələlik rəsmi açıqlama verilməyib.
Sara,











