İran İslam Respublikasının Səhiyyə Nazirliyi iyulun 8-9-da ölkənin altı şəhərinə endirilən hava zərbələrinin rəsmi nəticələrini açıqlayıb.
NOCOMMENT.az xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəhbəri Hüseyn Kermanpur özünün "X" sosial şəbəkəsindəki hesabında bildirib ki, hücumlar nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.
Məlumatda qeyd olunur ki, qurbanlar arasında bir qadın da var. Hücumlar zamanı ümumilikdə 115 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Nazirlik rəsmisinin sözlərinə görə, yaralılardan ikisi qadındır. Xəstəxanalara çatdırılan 115 nəfərdən 14-nün üzərində cərrahiyyə əməliyyatı aparılıb, 102 nəfərə isə ilkin tibbi yardım göstərildikdən sonra onlar evə buraxılıblar.
Əli Səfərli,
NOCOMMENT.az










