İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Buşehr üzərində ABŞ-yə məxsus MQ-9 tipli pilotsuz uçuş aparatını (PUA) məhv etdiyini bəyan edib.
NOCOMMENT.az xəbər verir ki, SEPAH-ın yaydığı məlumatda aparatın hərbi dəniz qüvvələrinin yeni istifadəyə verilmiş hava hücumundan müdafiə sistemi tərəfindən aşkar edilərək zərərsizləşdirildiyi iddia olunur. Bildirilir ki, sözügedən müdafiə sistemi İranın vahid hava hücumundan müdafiə şəbəkəsinə inteqrasiya edilib.
ABŞ tərəfindən bu məlumatla bağlı hələlik rəsmi açıqlama verilməyib.
Sara.
NOCOMMENT.az










