Kirmanşahda hərbi hava bazası vuruldu: ölənlər var

Kirmanşahda hərbi hava bazası vuruldu: ölənlər var

İranın Kirmanşah şəhərindəki üçüncü döyüş hava bazası vurulub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə İranın Cənub-Şərq Ordusunun regional qərargahı məlumat yayıb.

Məlumata əsasən, hücum nəticəsində 13 hərbçi həlak olub.

Qeyd edək ki, İsrail və ABŞ 28 fevraldan İrana qarşı hərbi əməliyyata başlayıb.