Ağdam rayonunda bir ailənin iki üzvü faciəli şəkildə ölüb.
NOCOMMENT.az-ın məlumatına görə, hadisə rayonun Xaçındərbənd kəndi ərazisində baş verib.
Kənd sakini olan kişi iki azyaşlı övladı ilə Xatın su anbarında çimərkən batıblar. Ata və azyaşlı övladının biri boğulub, digər azyaşlı isə xilas edilib.
Faktla bağlı araşdırma aparılır.(Oxu.Az)











