Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ Prezidenti Donald Trampın Avropa ölkələrinə və Ukrayna Prezidenti Volodimir Zelenskiyə göstərdiyi təzyiqlərə görə həddindən artıq sevinməyin düzgün olmadığını bildirib.
NOCOMMENT.az xəbər verir ki, Lavrov çıxışı zamanı baş verən proseslərə emosional və ölçüsüz nikbin yanaşmanın yolverilməz olduğunu vurğulayıb.
“Biz dəfələrlə demişik ki, baş verənləri həddindən artıq coşqu ilə qəbul etmək olmaz. Guya Donald Tramp avropalıları və Volodimir Zelenskini “yerinə oturdub” və onlardan nəsə tələb edir. Əgər məqsədimiz Ukraynada sülhə nail olmaqdırsa, bu, yaxşıdır. Amma hələlik biz həmin mərhələyə çatmamışıq”, – deyə o qeyd edib.
Lavrov bildirib ki, Ukrayna böhranının nizamlanması ilə bağlı danışıqlar davam edir və qarşıda hələ çox ciddi və çətin işlər var. Onun sözlərinə görə, real və dayanıqlı sülhə nail olmaq üçün uzunmüddətli, ardıcıl və məsuliyyətli diplomatik səylər tələb olunur.
Rusiya XİN rəhbəri əlavə edib ki, prosesin uğurlu nəticə verməsi bütün tərəflərin praqmatik və konstruktiv mövqe nümayiş etdirməsindən asılıdır.
Sara












