Biləsuvarda kişi bədbəxt hadisə nəticəsində ölüb.
NOCOMMENT.az cənub bürosunun verdiyi xəbərə görə, hadisə şəhərin Təbriz küçəsində qeydə alınıb.
Belə ki, şəhər sakini, 1981-ci il təvəllüdlü Telman Adıgözəl oğlu Ağayev ehtiyatsızlıqdan qurunt sular üçün nəzərdə tutulan su kollektoruna düşüb. O, kollektorda boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.











