Avropa ölkələrinin hərbi kontingentləri Ukraynada peyda olacağı təqdirdə Rusiya Silahlı Qüvvələri üçün “qanuni hədəf” sayılacaq.
NOCOMMENT.az xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Lavrov TASS-a müsahibəsində Avropa siyasətçilərinin ambisiyalarını kəskin tənqid edib.
Onun sözlərinə görə, bu ambisiyalar o həddə çatıb ki, onlar nə ukraynalıların, nə də öz xalqlarının taleyi ilə maraqlanmırlar.
“Avropada ‘istəklilər koalisiyası’ formatında Ukraynaya hərbi kontingentlərin göndərilməsi ilə bağlı davam edən müzakirələri başqa cür izah etmək mümkün deyil. Biz bunu dəfələrlə demişik: belə olan halda onlar silahlı qüvvələrimiz üçün qanuni hədəfə çevriləcəklər”, – deyə Sergey Lavrov vurğulayıb.












