İyulun 20-nə keçən gecə Xəzər Boru Kəməri Konsorsiumunun (KTK) dəniz terminalı akvatoriyasında neft tankeri hücuma məruz qalıb.
NOCOMMENT.az xəbər verir ki, KTK-nın mətbuat xidmətindən verilən məlumata görə, pilotsuz uçuş aparatı (PUA) VPU-1-də yükləmə prosesində olan "NELSA" tankerini hədəf alıb. Zərbə nəticəsində tankerin sağ tərəfinin arxa hissəsinə — üst tikili ilə maşın-qazan şöbəsi arasında yanğın baş verib.
Konsorsiumdan bildirilib ki, yanğın bir neçə saat ərzində tankerin yükləmə briqadaları və qəza-xilasetmə qüvvələri tərəfindən söndürülüb.
"Beynəlxalq heyətin 22 üzvü KTK-nın yedək gəmiləri ilə təxliyə edilib, yalnız kapitan və kapitanın baş köməkçisi gəmidə qalıb. Tanker üzmə qabiliyyətini saxlayıb. Neftin yüklənməsi dayandırılıb, neftin sızması və çənlərdə yanması hallarına yol verilməyib", — bəyanatda qeyd olunur.
Sara,
NOCOMMENT.az












