Nigeriyada silahlılar 37 nəfəri qətlə yetirib

Nigeriyada silahlılar 37 nəfəri qətlə yetirib

Nigeriyanın şimalında yerləşən Kasuvan-Dadji qəsəbəsində silahlıların hücumu nəticəsində azı 37 nəfər ölüb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə “Vanguard News” portalı məlumat yayıb.

Silahlılar motosikletlərlə yaşayış məntəqəsinə daxil olaraq nizamsız atəş açıb, mağazaları talayıb, yerli bazarı yandırıblar.

Girov götürülən qəsəbə sakinləri də var.