Bu gün İranın ali rəhbəri Əli Xameneinin öldürülməsi ilə bağlı yayılan xəbərlərdən sonra Pakistanın Qaraçi şəhərində etiraz aksiyası keçirilib.
NOCOMMENT.az bildirir ki, məlumatlara görə, yüzlərlə etirazçı ABŞ Konsulluğu binasının qarşısına toplaşaraq şüarlar səsləndirib. Sosial mediada yayılan görüntülərdə aksiya iştirakçılarının əllərində Xameneinin şəkillərini tutduğu, onunla bağlı şüarlar səsləndirdiyi və Pakistan bayraqları qaldırdığı əks olunub.
Hadisə yerinə əlavə təhlükəsizlik qüvvələrinin cəlb edildiyi bildirilir.
Qeyd edək ki, Pakistan rəsmiləri insidentlə bağlı hələlik ətraflı açıqlama verməyib.












