Paşinyan söz verdi: İstefaya gedəcəm

Paşinyan söz verdi: İstefaya gedəcəm

Ermənistanın Baş naziri Nikol Paşinyan xalqın tələbi ilə vəzifəsindən gedəcəyini açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, Ermənistan mediasının məlumatına görə, o, bu açıqlamanı İrəvanda keçirilən seçki kampaniyası zamanı verib.

“Əgər 700 min nəfər, yəni seçicilərin 50 faizdən çoxu qal desə, o zaman Nikol davam edəcək. Əgər xalq get desə, istefa verəcəm. Nikol xalqın xidmətçisidir”, – deyə Paşinyan vurğulayıb.

Qeyd edək ki, Paşinyan İrəvanın Avan rayonuna səfər edib və orada “Vətəndaş Müqaviləsi” Partiyasının nümayəndələri ilə birlikdə təşviqat materialları paylayıb. Sakinləri 7 iyuna təyin olunan parlament seçkilərində iştirak etməyə çağırıb. (Globalinfo.az)