Paşinyandan Qarabağ savaşı ilə bağlı SENSASİON ETİRAF: "Bakıya getməyə hazıram"

Paşinyandan Qarabağ savaşı ilə bağlı SENSASİON ETİRAF: "Bakıya getməyə hazıram"

Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdəki hökumət saatı zamanı müxalifətə qarşı sərt çıxış edib. O, müxalif deputatların parlamentdəki masalarına qoyduqları separatçı rejimə aid simvolları (bayraqları) regionda sülhə ciddi təhdid və yeni müharibəyə dəvət kimi qiymətləndirib.

NOCOMMENT.az xarici mediaya istinadən xəbər verir ki, Baş nazir bu addımı təxribat adlandıraraq qətiyyətli mövqe sərgiləyib:

“Parlamentimizdə həmin “bayraqların” olması müharibə təhdididir. Onlar bu mövzunu açaraq bizi təxribata çəkirlər. Qarabağ məsələsi artıq bağlanıb. Müxalifət bu hərəkətləri ilə sülhə təhlükə yaradır”.

Paşinyan hökumətin sülh gündəliyindən geri çəkilməyəcəyini vurğulayaraq, regionun sabitliyi üçün çalışdıqlarını bildirib:

“Biz vəziyyətin destabilizasiya olunmaması üçün səylərimizi davam etdirməliyik. Biz sülhü institusional şəkildə inkişaf etdirməkdə qərarlıyıq”.

Çıxışı zamanı gələcək diplomatik təmaslara da toxunan Paşinyan Bakıya səfər etməyə hazır olduğunu bir daha təsdiqləyib. O bildirib ki, 2027-ci ildə Azərbaycanda keçirilməsi planlaşdırılan Avropa Siyasi Birliyinin sammitinə dəvət alacağı təqdirdə, Bakıya getməyə hazırdır.

Sara,

NOCOMMENT.az