Paşinyanla bağlı qərar verildi

Paşinyanla bağlı qərar verildi

Nikol Paşinyan yenidən Ermənistan hökumətinin rəhbəri vəzifəsinə gətirilib.

NOCOMMENT.az-ın məlumatına görə, bu təyinat hakim "Vətəndaş Müqaviləsi" Partiyasının onun namizədliyini irəli sürməsindən dərhal sonra reallaşıb. Prezident Vaaqn Xaçaturyanın imzaladığı müvafiq fərmanda ölkə Konstitusiyasının 149-cu maddəsinin 1-ci hissəsinə istinadən Paşinyanın yenidən baş nazir postuna təyin olunduğu rəsmən təsdiqlənib.

Öр növbəsində, parlament müxalifəti bu qərarla barışmaq niyyətində olmadığını və mübarizəni sərtləşdirəcəyini bəyan edib. "Ermənistan" blokunu təmsil edən deputat İşxan Saqatelyan mətbuata açıqlamasında mövcud hakimiyyətin devrilməsi üçün bütün imkanlardan istifadə edəcəklərini vurğulayıb.

Saqatelyan qeyd edib ki, onların komandası son beş ildə ölkənin bu böhran vəziyyətinə düşməməsi üçün əlindən gələni edib: "Təəssüflər olsun ki, iyunun 7-də baş tutan seçkilər bu neqativ tendensiyanın qarşısını almağa imkan vermədi, baxmayaraq ki, biz bunun üçün səyimizi əsirgəmədik". Müxalifətçi əsas siyasi xətlərinin və qarşıya qoyduqları hədəflərin dəyişməz qaldığını, hakimiyyətə qarşı mübarizəni qətiyyətlə davam etdirəcəklərini diqqətə çatdırıb.

Sara,

NOCOMMENT.az