Malayziya Hava Yollarının Kuala Lumpur-Cakarta reysi ilə uçan pilotunun baqajında 25,2 kiloqram narkotik və 4 qram metamfetamin aşkarlanıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Hadisə Soekarno-Hatta hava limanında qeydə alınıb.
Sidik analizi pilotun uçuş zamanı narkotik vasitənin təsiri altında olduğunu təsdiqləyib. Pilot narkotik daşıdığını etiraf edib, bunu 12.000 dollara etdiyini və testdən yayınmaq üçün təmiz sidik nümunələri daşıdığını deyib.
39 yaşlı pilotun çamadanı gömrük əməkdaşları tərəfindən rentgen müayinəsi zamanı şübhəli hesab edilib. Çamadana baxış zamanı 14 böyük paketdə ümumi çəkisi 25,2 kiloqram olan 70.114 ədəd narkotik həbi və əl çantasında 4 qram metamfetamin aşkar edilib.
Səlahiyyətlilər pilotun uçuş zamanı bu maddələrin təsiri altında olduğunu aydınlaşdırıb./unikal/












