Rəqsi ilə gündəmi alt-üst edən iranlı fenomen DANIŞDI - VİDEO

Rəqsi ilə gündəmi alt-üst edən iranlı fenomen DANIŞDI - VİDEO

“Kısmetse Olur” realiti şousu ilə tanınan iranlı iştirakçı Perinaz Şiri sosial mediada yenidən yayılan rəqs videosu ilə bağlı tənqidlərə cavab verib.

NOCOMMENT.az xəbər verir ki, Şiri bildirib ki, müzakirə olunan görüntülər İran müharibəsi başlamazdan aylar əvvəl çəkilib və sonradan sanki müharibə dövründə lentə alınmış kimi yenidən paylaşılıb.

Perinaz Şiri qeyd edib ki, həmin rəqs səhnəsi verilişin əvvəlki bölümlərinə aiddir:

“Videonu aylar əvvəl çəkmişdik. Sonradan müharibə başlayanda həmin görüntüləri yenidən paylaşdılar və elə təqdim etdilər ki, guya bunu yeni etmişəm”, – deyə o bildirib.


Şiri sosial şəbəkələrdə insanların tez mühakimə olunduğunu deyərək, tənqidlərdən narahat olduğunu gizlətməyib.

İranlı iştirakçı müharibə dövründə ağır psixoloji vəziyyət keçirdiyini də etiraf edib. O bildirib ki, həmin vaxt ailəsi ilə əlaqə saxlaya bilməyib və hətta yarışmanı tərk etməyi düşünüb.

“Müharibə gedən vaxt heç vaxt gəlib belə rəqs etməzdim. Ailəmdən xəbər ala bilmirdim. Psixologiyam tamamilə sarsılmışdı”, – deyə Şiri vurğulayıb.

O əlavə edib ki, xaricdə yaşayan iranlı izləyicilərindən aldığı dəstək mesajları ona motivasiya verib və yarışmaya davam etmək qərarı alıb.

Tunar
NOCOMMENT.az