Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs ağır infeksiya səbəbindən xəstəxanaya yerləşdirildikdən sonra ilk dəfə görüntülənib. Sənətçinin son görüntüləri pərəstişkarlarını kədərləndirib.
NOCOMMENT.az xəbər verir ki, Türkiyə mediasına istinadən xəbər verir ki, aprelin 7-də səhhətində yaranan ciddi problem səbəbindən xəstəxanaya aparılan Tatlısəs uzun müddət müalicə alıb.
Xaricdə verdiyi konsertlərdən sonra İstanbuldakı evində qəfil halı pisləşən sənətçi çətin müalicə prosesi keçib.
Xəstəxanadan çıxdıqdan sonra yayılan fotolarda İbrahim Tatlısəsin xeyli arıqladığı və saçlarının tamamilə ağardığı diqqət çəkib. Sosial şəbəkələrdə yayılan görüntülər sənətçinin pərəstişkarlarını üzüb.
Tatlısəs xəstəxanadan çıxmamışdan əvvəl mirası ilə bağlı açıqlaması ilə də gündəmə gəlib. O bildirib ki, vəsiyyətnaməsini artıq hazırlayıb:
“Vəsiyyətnaməmi hazırlayıb dövlətə buraxmışam. Uşaqlarıma bir qəpik də verməmişəm. Atam mənə pul qoymayıb, mən hər şeyi özüm qazanmışam. İstədiyim kimi də paylayacağam”.
Məşhur sənətçinin bu sözləri Türkiyə ictimaiyyətində geniş müzakirələrə səbəb olub.
Tunar
NOCOMMENT.az














