Amerika Birləşmiş Ştatları İrana qarşı bir neçə həftə davam edə biləcək hərbi əməliyyata hazırlaşır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Reuters agentliyinin iki amerikalı rəsmiyə istinadən yaydığı məlumatda bildirilir.
Mənbələrin məlumatına əsasən, artıq 2025-ci ilin iyununda həyata keçirilən əməliyyatdan daha mürəkkəb planlar hazırlanıb. Bu planlara görə, zərbələr yalnız İranın nüvə infrastrukturu ilə məhdudlaşmayacaq, həmçinin dövlət qurumları və güc strukturları da hədəf alına bilər. Vaşinqton Tehranın mümkün cavab addımlarını gözlədiyini də bildirib.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İranda hakimiyyət dəyişikliyini hazırkı vəziyyətdə ən yaxşı variant kimi dəyərləndirmişdi.
O, yaxın vaxtlarda respublikanın sahillərinə ikinci Amerika aviadaşıyıcısının göndəriləcəyini də açıqlayıb.

Sara
NOCOMMENT.az












