Təcili: Ermənistanda kütləvi həbslər başladı

Təcili: Ermənistanda kütləvi həbslər başladı

Ermənistanda seçki rüşvətxorluğu və xeyriyyə fəaliyyətinə qoyulan qadağanın pozulması ilə bağlı istintaq çərçivəsində 21 nəfər həbs edilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Məlumata görə, Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi cinayət işlərini araşdırır. Saxlanılanlardan 13-ü barəsində həbs qətimkan tədbiri seçilib.

Həbslər son iki gün ərzində həyata keçirilib. (Globalinfo)