TƏCİLİ! İsrail Pezeşkianın ofisini vurdu – FOTO / VİDEO

TƏCİLİ! İsrail Pezeşkianın ofisini vurdu – FOTO / VİDEO

İsrail Müdafiə Qüvvələri (SAXAL) Tehranda bir sıra mühüm obyektlərə zərbələr endirildiyini açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, İsrail ordusunun yaydığı məlumata görə, hücumlar İran prezidentinin ofisini, İranın Ali Milli Təhlükəsizlik Şurasının binasını və paytaxtdakı digər strateji obyektləri əhatə edib.

Bildirilib ki, əməliyyatlar konkret hədəflərə qarşı həyata keçirilib və zərbələrin məqsədi İranın hərbi və təhlükəsizlik infrastrukturu ilə bağlı obyektləri sıradan çıxarmaq olub.

Məlumatda hücumların miqyası, dağıntıların səviyyəsi və mümkün itkilərlə bağlı dəqiq rəqəmlər açıqlanmayıb. İran tərəfi isə hadisə ilə bağlı hələlik rəsmi geniş bəyanat yaymayıb.

Vurulan obyektlər bunlardır:

– İran Prezident Administrasiyasının binası;

– Ali Milli Təhlükəsizlik Şurasının binası;

– Rejimin təhlükəsizlik qərarları qəbul etmək səlahiyyətinə malik qurumunun toplantı kompleksi;

– İran zabitlərinin hazırlandığı müəssisə və digər mühüm infrastruktur obyektləri.