Tehrandakı nüvə laboratoriyaları İsrail tərəfindən VURULDU

Tehrandakı nüvə laboratoriyaları İsrail tərəfindən VURULDU

İranın bəzi nüvə obyektləri ‘Am Kalavi’ əməliyyatı zamanı hücuma məruz qalmışdı və indi yenidən hədəfə alınıb.”

NOCOMMENT.az xəbər verir ki, bu barədə İrailin Kanal 12 televiziyası məlumat tatıb.

İsrail hərbçilərinin məlumatına görə, hədəflər arasında İran paytaxtının şərq kənarında yerləşən yeraltı “Minzadehəy” kompleksi olub. ÇAХAL-ın rəsmi nümayəndəsi, briqada generalı Effi Defrin bildirib ki, bu obyektin daxilində İran alimləri nüvə silahının hazırlanması üçün vacib komponentlərin istehsalı üzrə gizli işlər aparırdılar.

Qeyd olunur ki, həmin obyekt 2025-ci ilin iyununda baş vermiş 12 günlük müharibə zamanı endirilən zərbələrdən sonra İran tərəfindən bərpa edilmişdi. İsrail kəşfiyyatı alimlərin hərəkətlərini izləməyə davam edərək onların yeni yerləşmə yerini müəyyənləşdirib və yeraltı bunkerdə uğurlu hücum həyata keçirilib.

Sara
NOCOMMENT.az