Paşinyan Azərbaycan və Türkiyə ilə bağlı bunu İLK dəfə açıqladı

Paşinyan Azərbaycan və Türkiyə ilə bağlı bunu İLK dəfə açıqladı

Ermənistan Baş naziri Nikol Paşinyan ölkənin şimalında beynəlxalq yükdaşımalar üçün ödənişli avtomobil yollarının açılması imkanlarının nəzərdən keçirildiyini bəyan edib.

NOCOMMENT.az xəbər verir ki, Baş nazir Mərkəzi Asiyadan Avropaya ən qısa marşrutun məhz Ermənistanın şimal bölgələrindən keçdiyini xüsusi vurğulayıb. Paşinyanın sözlərinə görə, hazırda Avropa İttifaqı ilə birlikdə Azərbaycanın Qazax rayonundan başlayaraq Ermənistanın İcevan, Vanadzor və Gümrü şəhərlərindən keçməklə Axurikə (Türkiyə sərhədi) qədər uzanan magistral yolun beynəlxalq yükdaşımalar üçün istifadəyə verilməsi istiqamətində işlər aparılır.

Ermənistan lideri layihənin icrasının texniki baxımdan olduqca sadə olduğunu qeyd edərək, bunun üçün yalnız müvafiq siyasi razılaşmanın əldə olunmasının kifayət etdiyini bildirib.