Tramp: Gömrük rüsumlarından gəlirlər 600 milyard dolları ötəcək

Tramp: Gömrük rüsumlarından gəlirlər 600 milyard dolları ötəcək

“Ölkə büdcəsinə gömrük rüsumlarından daxil olan gəlirlər 600 milyard dollardan çox olacaq.

NOCOMMENT.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

Tramp “Truth Social” platformasında yazıb:

“Biz artıq 600 milyard dollardan çox gömrük rüsumu əldə etmişik və yaxın vaxtlarda daha da çoxunu alacağıq. Amma yalançı media bundan danışmaqdan imtina edir, çünki onlar ölkəmizə nifrət edir, ona hörmət etmirlər və ABŞ Ali Məhkəməsinin gömrük rüsumları ilə bağlı ən mühüm qərarlarından birinə mane olmaq istəyirlər”.

“Rüsumlar sayəsində ölkəmiz həm maliyyə baxımından, həm də milli təhlükəsizlik sahəsində heç vaxt olmadığı qədər güclü və hörmətli olub”, — deyə o əlavə edib.