Trampdan İsrailə gözlənilməz sanksiya - Dünya ŞOKDA

Trampdan İsrailə gözlənilməz sanksiya - Dünya ŞOKDA

Yaxın Şərqdə regional müharibə alovlanarkən qlobal siyasətdə də köklü dəyişikliklər baş verir. ABŞ Prezidenti Donald Tramp İsrail ordusunun Livanın paytaxtı Beyruta endirdiyi son hərbi zərbələrlə bağlı rəsmi Vaşinqtonun mövqeyini açıqlayaraq müttəfiqinə qarşı kəskin narazılığını ifadə edib.

NOCOMMENT.az xəbər verir ki, ABŞ lideri Donald Tramp İsrailin Livan ərazisində həyata keçirdiyi hərbi əməliyyatların Ağ Evlə koordinasiya edilmədiyini bəyan edib.

ABŞ Prezidenti mətbuata açıqlamasında İsrail ordusunun Beyruta endirdiyi hava zərbələrinin Vaşinqtonla heç bir şəkildə razılaşdırılmadığını xüsusi vurğulayıb. Tramp baş verən bu hərbi addımlardan ciddi şəkildə narazı olduğunu və Tel-Əvivin birtərəfli qərarlarının regionda sülh danışıqlarına böyük zərbə vurduğunu diqqətə çatdırıb.

Ekspertlər Trampın bu bəyanatını ABŞ-ın regional müharibənin tərkib hissəsi olmaq istəməməsi və Tehranla aparılan pərdəarxası danışıqları xilas etmək cəhdi kimi qiymətləndirirlər. Ağ Evin bu mövqeyi İsrail hökuməti ilə Vaşinqton arasında hərbi-siyasi koordinasiyada ciddi çatların yarandığını nümayiş etdirir.

Əli Səfərli
NOCOMMENT.az