ABŞ Prezidenti Donald Tramp İsrail Baş naziri Benyamin Netanyahuya rəsmi Vaşinqtonun zənginləşdirilmiş uran məsələsində Tehranla heç bir kompromisə getməyəcəyinə dair zəmanət verib. İsrail tərəfi hazırda Ağ Evin İranla danışıqlar prosesində verəcəyi gözlənilən növbəti qərarları diqqətlə izləyir.
NOCOMMENT.az xəbər verir ki, İsrailin "13-cü kanal"ının yaydığı məlumata görə, son müzakirələrdə ordu və kəşfiyyat rəsmiləri Netanyahuya İrana qarşı daha sərt mövqe nümayiş etdirməyi təklif ediblər. SAXAL (İsrail Müdafiə Ordusu) İranın mövcud hərbi imkanlarını zərbələri bərpa etmək və "missiyanı tamamlamaq" üçün əlverişli əməliyyat fürsəti hesab edir. "Mossad" rəsmiləri isə ehtimal olunan yeni müharibənin İran rejiminin süqutunu sürətləndirə biləcəyi qənaətindədirlər.
Mənbələr qeyd edir ki, buna baxmayaraq, İsrail rəhbərliyi Vaşinqtona hərbi eskalasiya üçün təzyiq edirmiş kimi görünməməyə və təmkinli davranmağa çalışır.
Sara,












