ABŞ ordusunun İrana məxsus strateji obyektləri darmadağın etməsindən sonra ABŞ Prezidenti Donald Tramp Tehran rejiminin hərbi gücünün tamamilə yox edildiyini bəyan edib. Ağ Ev rəhbəri İranın danışıqlardan imtina etməsinin acı nəticələri ilə üzləşdiyini vurğulayıb.
NOCOMMENT.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ prezidenti özünün sosial şəbəkə hesabında paylaşım edərək İranın hazırkı hərbi və siyasi durumunu kəskin sözlərlə xarakterizə edib. Tramp bəyanatında bildirib: "İranın hərbi qüvvələri tam və mütləq xaos içindədir. Onların donanması və hərbi hava qüvvələri də daxil olmaqla, böyük bir hissəsi artıq ümumiyyətlə mövcud deyil – onlar tamamilə darmadağın edilib. İran artıq yalnız boş sözlərdən ibarətdir, ortada heç bir hərəkət yoxdur.
Yaxın Şərqin baş xuliqanı ÖLÜB!!! Onlar özləri üçün əla ola biləcək bir saziş üzrə danışıqları çox uzun müddət gecikdirdilər, indi isə bunun bədəlini ödəməli olacaqlar!!!" ABŞ prezidentinin bu açıqlaması regional hərbi əməliyyatların gedişində Tehranın hərbi infrastrukturuna vurulmuş ziyanın miqyasını rəsmən təsdiqləyir və Vaşinqtonun bundan sonra daha sərt şərtlər diktə edəcəyindən xəbər verir.
Sara,
NOCOMMENT.az












