Trampdan SON DƏQİQƏ AÇIQLAMASI: “Hörmüz boğazı məsələsi…”

Trampdan SON DƏQİQƏ AÇIQLAMASI: “Hörmüz boğazı məsələsi…”

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazı ilə bağlı diqqətçəkən açıqlama verib. O bildirib ki, Vaşinqton artıq bu strateji bölgədə vəziyyəti nəzarət altına alıb və İranın hərbi imkanlarına ciddi zərbə vurulub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trampın sözlərini CNN telekanalının jurnalisti Dana Baş sitat gətirib. Tramp açıqlamasında bildirib ki, ABŞ artıq Hörmüz boğazı ilə bağlı məsələni həll edib və İranın hərbi dəniz qüvvələri faktiki olaraq sıradan çıxarılıb.

ABŞ liderinin sözlərinə görə, İranın donanmasının məhv edilməsi Tehranın bölgədə hərbi manevr imkanlarını ciddi şəkildə məhdudlaşdırıb. Tramp qeyd edib ki, İran donanması zərərsizləşdirildikdən sonra bu ölkə artıq əvvəlki kimi hərəkət edə bilmir və bölgədə öz istəklərini həyata keçirmək imkanını itirib.

Qeyd edək ki, Hörmüz boğazı dünyanın ən strateji dəniz keçidlərindən biri hesab olunur. Qlobal enerji ticarətinin böyük hissəsi məhz bu boğazdan keçir. Bu səbəbdən bölgədə baş verən hərbi və siyasi proseslər beynəlxalq enerji bazarlarına və dünya iqtisadiyyatına birbaşa təsir göstərir.

Sara