Trampla Zelenskinin görüşü başlayıb

Trampla Zelenskinin görüşü başlayıb

Davosda Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp arasında görüş başlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ukrayna liderinin mətbuat katibi Sergey Nikiforov jurnalistlərə məlumat verib.

Bildirilir ki, Volodimir Zelenskinin həmçinin İsveçrə Konfederasiyasının Prezidenti Gi Parmelen ilə görüşü planlaşdırılır.

Bundan əlavə, Ukrayna Prezidenti Dünya İqtisadi Forumunun iştirakçıları qarşısında çıxış edəcək.