Ukraynadan Rusiyaya ZƏRBƏ - Krıma gedən yol bağlandı

Ukraynadan Rusiyaya ZƏRBƏ - Krıma gedən yol bağlandı

Ukrayna Silahlı Qüvvələrinin logistik xətlərə endirdiyi silsilə zərbələr Krım yarımadasının təchizat zəncirində ciddi böhrana səbəb olub. Rusiya hərbi rəhbərliyi yaranmış təhlükəli vəziyyət fonunda strateji marşrutlardan birini bağlamaq barədə təcili qərar qəbul edib.

NOCOMMENT.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi ("Madyar" çağırış ləqəbli) Rusiya rəhbərliyinin işğal olunmuş ərazilərdən keçərək Krıma aparan quru avtomobil dəhlizini yük daşımaları üçün bağladığını bəyan edib. Alınan qərara əsasən, tətbiq edilən qadağa və məhdudiyyətlər birbaşa olaraq "Novorossiya" magistral yolunun Mariupol — Berdyansk — Melitopol — Simferopol hissəsini əhatə edib.

Brovdinin sözlərinə görə, Ukrayna ordusunun uğurlu və nöqtəvi zərbələri nəticəsində sözügedən marşrut üzrə yük axını kəskin şəkildə — tam 71 faiz azalıb və bu səbəbdən Rusiya tərəfi belə bir geri addım atmağa məcbur qalıb. Bundan sonra Krımdakı rus hərbi qruplaşmasının və yarımadanın təchizatını təmin etmək üçün Rusiya ordusu yalnız daha uzun və təhlükəli olan dolanbac alternativ yollardan istifadə etmək məcburiyyətində qalacaq.