Van Qoqun bu əsəri 62 milyondan baha satıldı

Van Qoqun bu əsəri 62 milyondan baha satıldı

Dünya şöhrətli rəssam Vinsent Van Qoqun “Paris romanlarının yığımı və stəkanda qızılgüllər” adlı tablosu Nyu-Yorkda keçirilən “Sotheby’s” hərracında 62,7 milyon dollara satılıb.

NOCOMMENT.az xəbər verir ki, tablo ilkin qiymətləndirmədən 35 faiz baha qiymətə yeni sahibini tapıb.

Həmin hərracda həmçinin rəssamın 1888-ci ildə qələm və tuşla çəkdiyi iki eskizi də satılıb. Onlardan biri 2,97 milyon, digəri isə 11,15 milyon dollara alıcıya təqdim edilib.