Vaşinqtondan kritik açıqlama: Eskalasiya təhlükəsi artır

Vaşinqtondan kritik açıqlama: Eskalasiya təhlükəsi artır

ABŞ Ukrayna münaqişəsində eskalasiya təhlükəsi görür.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib.

Onun sözlərinə görə, hazırda Ukraynadakı münaqişənin daha da genişlənməsi riski mövcuddur.

“Hazırda hesab edirəm ki, münaqişə eskalasiya təhlükəsi yaradır, çünki biz dərin zərbələrin endirildiyini müşahidə edirik”, – deyə Rubio vurğulayıb.

ABŞ dövlət katibi həmçinin qeyd edib ki, Ukrayna ətrafında yaranmış vəziyyət faktiki olaraq çıxılmaz mərhələyə çatıb.

Məhəmməd

NOCOMMENT.az