Xameneinin öldürüldüyü yerin görüntüləri İLK dəfə yayıldı - ŞOK VİDEO

Xameneinin öldürüldüyü yerin görüntüləri İLK dəfə yayıldı - ŞOK VİDEO

ABŞ və İsrailin birgə hərbi əməliyyatı çərçivəsində İranın ali lideri Əli Xameneinin Tehrandakı iqamətgahına endirilən raket zərbələrindən sonra ərazidən görüntülər ictimaiyyətə təqdim olunub.

NOCOMMENT.az xəbər verir ki, İran mediasının yaydığı kadrlarda iqamətgah kompleksinin ağır artilleriya və raket zərbələri nəticəsində ciddi dağıntılara məruz qaldığı nümayiş etdirilir.

Hadisə nəticəsində kompleksin bir hissəsinin tamamilə yararsız hala düşdüyü, inzibati binalarda və bunker girişlərində ciddi struktur zədələnmələrinin olduğu qeyd edilir.

Xatırladaq ki, əməliyyat zamanı hədəf alınan yüksəkvəzifəli şəxslərin və rəhbər heyətin təhlükəsizliyini təmin edən infrastruktur tamamilə sıradan çıxarılıb.

Əli Səfərli,