Tanınmış alim yıxılaraq dünyasını dəyişdi - FOTO

Tanınmış alim yıxılaraq dünyasını dəyişdi - FOTO

İyulun 3-də Bakının Nərimanov rayonunda yıxlaraq dünyasını dəyişən 79 yaşlı şəxs tanınmış alim imiş.

NOCOMMENT.az xəbər verir ki, 1947-ci il təvəllüdlü Əmralı Şirəliyev Azərbaycan Dillər Universitetinin (ADU) sabiq kafedra müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent olub. O, 1970-ci illərdən etibarən təxminən 50 ildən çox bir müddətdə Azərbaycan Dillər Universitetində çalışıb.

Qeyd edək ki, əslən Şamaxının Çarhan kəndindən olan Əmralı Şirəliyev evində ehtiyatsızlıqdan yıxılaraq vəfat edib.