Zelenski Macarıstana səfərini təxirə saldı

Zelenski Macarıstana səfərini təxirə saldı

Ukrayna Prezidenti Volodimir Zelenskinin Macarıstana planlaşdırılan səfəri və ölkənin yeni baş naziri Peter Madyarla görüşü təxirə salınıb.

NOCOMMENT.az-ın xarici mediaya istinadən məlumataına görə, tərəflər arasında yaranan fikir ayrılıqları səbəbindən səfərlə bağlı yekun razılıq əldə olunmayıb. Görüşün bazar ertəsi axşam keçirilməsi nəzərdə tutulsa da, son anda onun təxirə salınmasına qərar verilib.

İddialara əsasən, əsas mübahisə mövzularından biri Ukraynanın qərbində yaşayan macar icması – zakarpat macarlarının hüquqları məsələsi olub. Bundan əlavə, Kiyev və Budapeşt arasında Ukraynanın Avropa İttifaqına inteqrasiyası ilə bağlı da fikir ayrılıqları qalmaqdadır.