Zelenski Rusiya ilə sülh müqaviləsi ilə bağlı açıqlama verib

Zelenski Rusiya ilə sülh müqaviləsi ilə bağlı açıqlama verib

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ilə mümkün sülh razılaşması barədə danışıb.

NOCOMMENT.az bildirir ki, bu barədə “Insider UA” Telegram kanalı məlumat yayıb.

Zelenski Kiyevdə çıxışı zamanı deyib: “Hələlik sülh razılaşması yoxdur və olmaya da bilər”.

Daha əvvəl Polşanın PAP nəşrinə verdiyi müsahibədə Zelenski ABŞ-ın Kiyevin NATO-ya qoşulmasını istəmədiyini bildirib. “Bu gün NATO üzvlüyümüz daha da çətinləşib, çünki hazırda ABŞ-dan dəstək görmürük və bu, şübhəsiz ki, bir çətinlikdir”, – deyə o bildirib. Ukrayna lideri həmçinin əlavə edib ki, Polşa həmişə ölkəni AB və NATO üzvlüyü yolunda dəstəkləyib.