Düşmən ölkə AYAĞA QALXIR: ardıcıl etiraz aksiyaları keçiriləcəkbackend

Düşmən ölkə AYAĞA QALXIR: ardıcıl etiraz aksiyaları keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Nikol Paşinyan hər saat mövcud olmayan gücünü itirir”.

NOCOMMENT publika.az-a istinadən xəbər verir ki, bunu Daşnaksutyun partiyasının üzvü İşxan Saqatelyan deyib.

O bildirib ki, baş nazir ölkəni uçuruma aparmaqda və məhv etməkdə davam edir. Buna görə də onu istefaya aparmaq üçün mübarizəni davam etdirəcəklər: “Şənbə günü 15:00-da Azadlıq Meydanında böyük bir mitinq keçiriləcək. Xalqın itaətsizlik hərəkətləri Nikol Paşinyan baş nazir postunda qaldıqca davam edəcək. Sabah sirk binasının yaxınlığındakı meydandan başlayaraq yürüş təşkil edəcəyik. Sabah da mitinqimiz olacaq”.