DYP postlardan icazəsiz keçmək istəyənlərin sayını AÇIQLADIbackend

DYP postlardan icazəsiz keçmək istəyənlərin sayını AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən verilmiş müvafiq qərara əsasən, son sutka ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 20-si rayon, 20-si paytaxt istiqamətinə olmaqla 40, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 35-i rayon, 40-ı paytaxt istiqamətinə olmaqla 75, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 40-ı rayon, 20-si paytaxt istiqamətinə olmaqla 60 avtomobil geri qaytarılıb.

Bu barədə NOCOMMENT-ə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Bildirilib ki, ümumilikdə 175 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.