Əbu Bəkir məscidinin imamı Qamət Süleymanlı ölkə başçısına müraciət etdi – DÖYÜŞƏ HAZIRIQ!backend

Əbu Bəkir məscidinin imamı Qamət Süleymanlı ölkə başçısına müraciət etdi – DÖYÜŞƏ HAZIRIQ!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhəri, Nərimanov rayonu, Cümə Məscidinin (el arasında Əbu Bəkir məscidi kimi tanınır) imamı Qamət Süleymanlı ölkə başçısına müraciət etdi.

NOCOMMENT.az xəbər verir ki, Azərbaycanın işğal altında olan torpaqlarında Ermənistan hərbi birləşmələri ilə gedən azadlıq və ədalətətin bərqarar olunması istiqamətindəki döyüşlərdə iştirakla bağlı müraciətdə deyilir:

 

“Azərbaycan Respublikasının Prezidenti,

Silahlı qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə

 

M Ü R A C İ Ə T

Bismilləhi-r-Rahməni-r-Rahim

Cənab Ali Baş Komandan.

Mən, Bakı şəhəri, Nərimanov rayonu, Cümə Məscidinin (el arasında Əbu Bəkir məscidi kimi tanınır) imamı Qamət Süleymanlı öz adımdan və məscidimizin dindarları adından bildirirəm ki, vətənimizin bu ağır, eyni zamanda şərəfli günlərində Sizin əmr və tapşırıqlarınızı hər an yerinə yetirməyə canımızla, qanımızla və malımızla tam hazırıq.

Ölkəmizin bu haqq yolda müzəffər olması üçün Uca Allaha dualar edirik.

ALLAH xalqımıza tez bir zamanda mənfur düşmən üzərində qələbə çalmağı nəsib etsin!

AMİN.