ECB rəhbəri: Avro Avropanın müstəqil qalmasına kömək edirbackend

ECB rəhbəri: Avro Avropanın müstəqil qalmasına kömək edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avronun buraxılması təlatümlü dünyada Avropaya daha böyük müstəqillik verib.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu fikri Avropa Mərkəzi Bankının (ECB) sədri Kristin Laqard ECB-nin saytında dərc olunmuş məqaləsində bildirib.

Laqardın sözlərinə görə, avro Avropaya geosiyasi gərginliklər və digər problemlər qarşısında müstəqil qalmasına kömək edir.

“Bu, qiymətləri, ticarəti və səyahətləri asanlıqla müqayisə edə bilən Avropa vətəndaşlarının həyatını asanlaşdırıb. Bu, silsilə böhranlar şəraitində iqtisadi artımı və iş yerlərini qorumaqla bizə sabitlik verib”, – Laqard bildirib.

Məqalədə qeyd olunub ki, avrozona 25 il ərzində 11-dən 20 üzv ölkəyə yüksəlib. Bu, 350 milyon avropalı üçün ticarət, səyahət və qiymətlərin müqayisəsini asanlaşdırıb. Bundan əlavə, avro, ekspertlərin onun süquta uğrayacağı ilə bağlı proqnozlarına baxmayaraq, Aİ-ni bir sıra böhranlar fonunda sabitlik və artımın qorunması ilə təmin edib.