Əfqanıstanlı etnik azərbaycanlılar yenidən Bakıdan onları xilas etmələrini xahiş edirlər.
NOCOMMENT.az-ın məlumatına görə, Əfqanıstandakı Azərbaycan diasporunun nümayəndəsi Fərid Şabanpur bildirib ki, Taliban tərəfindən ələ keçirilən Əfqanıstanın üçüncü böyük şəhəri olan Heratda təxminən 16 min etnik azərbaycanlı yaşayır.
O bildirib ki, onlardan 500-ü keçmiş yerli məmurlardır:
“Bu baxımdan ailə üzvlərinin həyatı xüsusilə təhlükədədir”.
Diaspor nümayəndəsi Azərbaycandan xahiş edir ki, Əfqanıstanda vəziyyət sabitləşənə qədər bu insanları bir müddət bu ölkədən çıxarsın./KAİM.az