Əfsanənin bu forması fantastik qiymətə satıldıbackend

Əfsanənin bu forması fantastik qiymətə satıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daha bir kolleksiya dəyəri olan əşya – əfsanəvi Kobi Brayantın karyerasına aid forma “Sotheby’s” hərracında inanılmaz məbləğə satılıb.

NOCOMMENT.az   xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Bu dəfə əsas lot “Qara Mamba”nın 24 nömrəli “Los-Anceles Leykers” forması olub. Brayant məhz bu formanı geyinərək ilk dəfə “Leykers”də 8 nömrədən imtina edib 24 nömrə altında meydana çıxmışdı. Nəticədə forma 889 min dollara (komissiya daxil olmaqla) alıcı tapıb.

Formanın üzərində Kobi Brayantın avtoqrafı, həmçinin “First 24” və “1/1” qeydləri yer alır. “MeiGray Authenticated” şirkəti dəqiqləşdirib ki, Brayant bu formanı 2006-cı ilin oktyabrında “Leykers”in mediaya təqdimat günündə geyinib.