Əhaliyə müjdə: Bu halda ətin qiyməti ucuzlaşacaq…backend

Əhaliyə müjdə: Bu halda ətin qiyməti ucuzlaşacaq…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya və Yeni Zelandiya kimi ölkələrdən qoyun ətinin idxalının artması daxili bazarda rəqabəti gücləndirərək qiymətlərin sabitləşməsinə və hətta aşağı düşməsinə səbəb ola bilər”.

NOCOMMENT.az xəbər verir ki, bu fikirləri KONKRET.az-a Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli səsləndirib:

Novruz bayramına qədər qiymətlər yavaş-yavaş qalxacaq" - Akif Nəsirli

Ekspert qeyd edib ki, xarici ətin bazara girişi təklifi artırır və şəhər əhalisi üçün daha əlçatan qiymətlər deməkdir.

“Bununla yanaşı, yerli istehsalçılar rəqabət qabiliyyətini artırmaq və məhsul keyfiyyətini yüksəltmək məcburiyyətində qalırlar ki, bu da uzunmüddətli məhsuldarlığın artmasına stimul yaradır”.

Amma Nəsirli idxalın həddən artıq artmasının mənfi təsirlərinə də diqqət çəkib.

“Ucuz idxal yerli fermerlərin gəlirlərini azalda, bəzilərinin fəaliyyətini dayandırmasına səbəb ola bilər. Həmçinin ölkə idxaldan asılı hala gələ və geosiyasi gərginliklər, logistika problemləri ət qiymətlərinin kəskin artmasına gətirib çıxara bilər”.

Ekspert optimal yanaşma olaraq məhdud və mövsümi idxal kvotalarının tətbiqini, yerli fermerlər üçün subsidiyalar və vergi güzəştlərinin verilməsini, eləcə də ət emalı və soyuducu infrastrukturun gücləndirilməsini tövsiyə edib.