Sabah saat 06:00-dan Bakının Xətai rayonunun Noyabr prospektində (Zığ dairəsindən Sadıqcan küçəsinə qədər) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
NOCOMMENT.az bu barədə Sfera.az-a istinadən xəbər verir.
“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur”, – deyə məlumatda qeyd olunub.