Əhməd Vəliyevin universiteti və bankı məhkəmə qarşısıdabackend

Əhməd Vəliyevin universiteti və bankı məhkəmə qarşısıda

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Keçmiş deputat Əhməd Vəliyevin rektoru olduğu “Odlar Yurdu” Universiteti və “Muğanbank” Açıq Səhmdar Cəmiyyəti inzibati xəta törətməkdə ittiham edilir.

NOCOMMENT.az Valyuta.az-a istinadən xəbər verir ki,univeristet və bank barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi) maddəsi ilə iş başlanıb.

İşə Nərimanov Rayon Məhkəməsində baxılacaq.

347-ci maddəyə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.