Əhmədin cinayət işinə bu halda xitam verilə bilərbackend

Əhmədin cinayət işinə bu halda xitam verilə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şizofreniyanın müxtəlif dərəcələri var. Ekspertiza cinayəti törədən şəxsi cinayət məsuliyyətinə cəlb etməyin mümkünlüyünü müəyyən etmək üçün təyin olunur. Yəni cinayət anında şübhəli affekt halında olub, ya şüuru özündə olub? İstənilən halda nəticədən asılı olaraq istintaq qərar qəbul edəcək.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Musavat.com-a hüquqşünas Əsabəli Mustafayev bildirib.

O qeyd edib ki, əgər ekspertiza Əhməd Əhmədovun cinayət zamanı şüurlu vəziyyətdə olduğuna dair rəy versə, cinayət işi davam edəcək:

“Əgər desələr ki, affekt vəziyyətində olub, o zaman cinayət işinə birdəfəlik xitam veriləcək. Bu zaman o daimi müalicə alacaq. Qapalı müalicə müəssisələrində giriş-çıxış məhdudiyyəti var. Əhmədin əsəbi vəziyyətdə cinayətə əl atması müəyyən edilsə, müalicədən sonra mühakimə edəcəklər. Ruhi xəstə kimi qeydiyyata alınsa, cəzaçəkmə müəssisəsindən tibb müəssisəsinə keçirəcəklər. Müalicə bitdikdən sonra cəzaçəkmə müəssisəsinə qaytarılacaq. Əhməd Əhmədovun cəzadan azad edilməsi üçün yalnız affekt vəziyyəti əsas ola bilər”.

Qeyd edək ki, Bakıda ailəsinin 5 üzvünü amansızlıqla qətlə yetirməkdə şübhəli bilinən Əhməd Əhmədov Respublika Psixiartiya Xəstəxanasına yerləşdirilib.