Əhmədinejadın ölümü ilə bağlı xəbərlər təkzib edildibackend

Əhmədinejadın ölümü ilə bağlı xəbərlər təkzib edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mahmud Əhmədinejadın qohumları İran KİV-lərinə açıqlamalarında onun ölümü ilə bağlı yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildiriblər. Onlar sabiq prezidentin sağ olduğunu və sosial şəbəkələrdə yayılan xəbərlərin əsassız olduğunu vurğulayıblar.

NOCOMMENT.az xəbər verir ki, Əhmədinejadın ölümü barədə ilk məlumat yayan ILNA agentliyi daha sonra xəbəri silib. Hazırda onun həlak olduğunu təsdiqləyən başqa rəsmi və ya etibarlı mənbə mövcud deyil.

Xatırladaq ki, ötən gün səhər saatlarında İsrailin Mahmud Əhmədinejadın yaşadığı evə zərbə endirdiyi barədə məlumatlar yayılmışdı. Həmçinin onun bir neçə mühafizəçisinin öldüyü iddia olunurdu. Lakin bu məlumatlar da hələlik rəsmi şəkildə təsdiqlənməyib.