Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsi tərəfindən kotan aqreqatlarının satın alınması ilə bağlı planlaşdırılan tender ləğv edilib.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, tenderin ehtimal olunan dəyəri 45.200 manat təşkil edirdi. Lakin 1n satınalma proseduru uyğun namizədlərin sayının üçdən az olması səbəbindən dayandırılıb.
Tenderin ləğvinə “Dövlət satınalmaları haqqında” Qanunun 36.1.1-ci maddəsi əsas verib. Həmin maddəyə görə, satınalmada iştirak etmək üçün təklif və təklifin təminatını təqdim etmiş, həmçinin lisenziya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olduqda, prosedur ləğv edilir.