Əks-göstəriş sertifikatı elektron qaydada veriləcək – yalnız bu şəxslərəbackend

Əks-göstəriş sertifikatı elektron qaydada veriləcək – yalnız bu şəxslərə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

COVID-19 əleyhinə vaksinlərə qarşı əks-göstərişləri olan şəxslərin “Əks-göstəriş sertifikatı” da artıq “Elektron səhiyyə” mobil tətbiqinə inteqrasiya edilib.

Səhiyyə Nazirliyindən NOCOMMENT-ə verilən məlumata görə, aşağıda qeyd olunan vətəndaşlar bu tətbiq vasitəsilə “Əks-göstəriş sertifikatı”nın alınması ilə bağlı nazirliyə müraciət edə bilər.

– Hamilə qadınlar
– Dağınıq skleroz
– Süd verən analar

Müraciət etdikdən sonra vətəndaş qeyd olunmuş hal üzrə müvafiq registrlərdə mövcud olduğu təqdirdə avtomatik olaraq əks-göstəriş sertifikatı mobil tətbiqdə əks olunacaq. Bu hallardan əlavə digər diaqnozlar olduğu təqdirdə vətəndaş əks-göstəriş sertifikatı almaq üçün ərazi üzrə qeydiyyatda olduğu poliklinikasına müraciət edə bilər.

Elektron Səhiyyə mobil tətbiqini Android əməliyyat sistemli cihazlarda Google Play-dən (Play Market), İOS əməliyyat sistemli cihazlarda isə APP Store-dan asanlıqda yükləyə bilərsiniz.

Qeyd edək ki, Elektron Səhiyyə Mobil tətbiqindən qeydiyyat Asan loginə inteqrasiya olunub.